FHN: Ötən gün 55 yanğına çıxış olub, 6 nəfər xilas edilib
Xəbərlər
30 İyul 2021 11:20

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Avtosfer.az FHN-in saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 55 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər xilas edilib.
Həmçinin, Nərimanov rayonunda 1951-ci il təvəllüdlü Quliyev İftixar Mustafa oğlunun meyiti mənzildə bağlı qapı arxasında aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
Oxunub : 762
DİGƏR XƏBƏRLƏR
11 Aprel 2026 12:08
Bir milyon manatlıq DƏLƏDUZLUQ İDDİASI: Bahalı avtomobil kolleksiyası olan iş adamı hakim qarşısında
11 Aprel 2026 10:45
Ayaz oyuncaq istəmişdi, Mehriban Əliyeva əsl "KamAZ" hədiyyə etdi – VİDEO
10 Aprel 2026 17:36
Paytaxtda piyadaların təhlükəsizliyi artırılır - VİDEO
10 Aprel 2026 15:23
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
10 Aprel 2026 13:06
Ermənilər quru sərhəddən keçərək Azərbaycana gəldi - FOTOLAR
9 Aprel 2026 17:11
Paytaxtın iki prospektində hərəkət MƏHDUDLAŞDIRILACAQ
8 Aprel 2026 13:53
Azərbaycanda güclü zəlzələ oldu - YENİLƏNİB
8 Aprel 2026 13:24
Prezident Nazirliklə bağlı FƏRMAN İMZALADI
7 Aprel 2026 16:53
İlham Əliyev MDB ilə bağlı sənədi imzaladı
7 Aprel 2026 16:36
Prezident bu hərbçiləri təltif etdi - SİYAHI
5 Aprel 2026 19:00
Sürücülərin NƏZƏRİNƏ: Yollarda görünüş 300 metrədək məhdudlaşacaq
3 Aprel 2026 16:23
Prezident minatəmizləmədə fərqlənənləri təltif etdi - Siyahı
ŞƏRH YAZ










