FHN: Ötən sutka 79 yanğına çıxış olub, 9 nəfər xilas edilib
Xəbərlər
7 Avqust 2021 12:42

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Avtosfer.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 79 yanğına çıxış və 8 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 1-i azyaşlı olmaqla 9 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib. Abşeron rayonunda dənizdə qeyri-çimərlik ərazidə batan Xıdırov Aqşin Afər oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Oxunub : 832
DİGƏR XƏBƏRLƏR
21 İyun 2026 16:03
Günəşdə güclü partlayışlar baş verdi
13 İyun 2026 15:00
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
10 İyun 2026 14:06
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
10 İyun 2026 10:11
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
5 İyun 2026 15:23
İlham Əliyev onları təltif etdi - Siyahı
5 İyun 2026 14:06
Ruslan Eyyubov həbsdən azad edildi
3 İyun 2026 12:00
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
2 İyun 2026 14:41
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
1 İyun 2026 16:18
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
1 İyun 2026 15:00
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
1 İyun 2026 11:36
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
28 May 2026 22:42
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO
ŞƏRH YAZ










