FHN: Ötən sutka ərzində 87 yanğına çıxış olub, üç nəfər xilas edilib
Xəbərlər
3 Avqust 2021 16:50

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olman zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 87 yanğına çıxış və üç halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirlikdən verilən məlumata görə, tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində üç nəfər xilas edilib.
Qeyd edək ki, Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığında “Hacıyusif yaylağı” adlanan ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olduqdan sonra vətəndaşın olduğu yer dəqiq müəyyən olunaraq müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub.
Çətin keçilən mürəkkəb relyefli ərazidə həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaş xərək vasitəsilə təhlükəsiz əraziyə təxliyə olunub və aidiyyəti üzrə təhvil verilib.
Oxunub : 948
DİGƏR XƏBƏRLƏR
11 Oktyabr 2026 13:41
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
9 Oktyabr 2026 22:29
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
9 Oktyabr 2026 18:47
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
9 Oktyabr 2026 18:22
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
9 Oktyabr 2026 16:11
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
8 Oktyabr 2026 21:44
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
8 Oktyabr 2026 12:41
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
8 Oktyabr 2026 11:53
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
8 Oktyabr 2026 11:14
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
8 Oktyabr 2026 11:11
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
8 Oktyabr 2026 09:24
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
7 Oktyabr 2026 22:17
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
ŞƏRH YAZ












