FHN və ETSN meşə yanğınları ilə bağlı birgə təlim keçirib - FOTO

Meşə yanğınlarının qarşısının alınması, yanğınla mübarizə üsullarının təkmilləşdirilməsi və bu sahədə koordinasiyanın gücləndirilməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Quba və Xaçmaz rayonlarının Yanğından Mühafizə hissələrinin və Şahdağ, Samur-Yalama milli parklarının əməkdaşlarının iştirakı ilə təlimlər keçirilib.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin Mətbuat xidmət ləri birgə məlumat yayıb.Təlimlərin keçirilməsində məqsəd yanğın zamanı əməliyyat şəraitinin operativ qiymətləndirilməsi, yanğına çevik müdaxilə, qüvvələrin əlaqəli və effektiv idarə edilməsi sahəsində məsul əməkdaşların bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.
Təlimlər zamanı dağlıq və çətin relyefə malik ərazilərdə baş verə biləcək meşə yanğınlarının söndürülməsində istifadə olunan zəruri texnika, avadanlıq və ləvazimatlardan istifadə qaydaları, o cümlədən meşə yanğınlarının söndürülməsi üsulları yanğınsöndürənlər tərəfindən milli parkların əməkdaşlarına izah olunub.
Eyni zamanda, qüvvə və texnikaların dərhal yanğın baş vermiş əraziyə cəlb olunması, yanğının söndürülməsi, geniş ərazilərə yayılmasının qarşısının alınması və yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib.
Hikmət Hacıyev diplomatik korpusa təşəkkür etdi - VİDEO
"Meyitlər 200-300 metr aralı idi" - Şəkidəki kanat faciəsinin şok detalları - VİDEO
Sürücülərin nəzərinə: Bakının əsas prospektlərindən birində təmir başlayır
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO














