"Forsaj 9"-un yeni "Charger"nin replikası hazırlandı - VİDEO - FOTO

«Fast 9» filmi üçün yeni «Dodge Charger» hazırlanıb. Avtomobilin replika verisyası sosial şəbəkədə izlənmə rekordu qırır.
Avtosfer.az bildirir ki, «SpeedKore» modifikasiya şirkəti bir çox avtomobil üzərində müxtəlif layihələr hazırlayır. Şirkətin son layihəsi isə «Fast 9» filminin yeni avtomobillərindən biri ilə bağlı olub. Belə ki, «Speedkore» şirkəti «Fast 9» adlı yeni filmdə Dominic Torettonun (Vin Diesel) istifadə edəcəyi avtomobillərdən biri olan 1968 model «Dodge Charger»in replikasını hazırlayıb. Çox geniş bir gövdəyə sahib olan bu 1968 «Charger»in eynən filmdəki nümunəsi kimi kapot hissəsi boş buraxılaraq nəhəng 6,2 litrlik V8 Hellcat mühərriki arxaya hissəyə yerləşdirilib. Mühərrik arxa oxun qarşısına yerləşdiyindən avtomobil "mid-engined", yəni ortadan mühərrikli olaraq dəyərləndirilir. Avtomobilə xüsusi bir performans radiatoru, yeni bir egzoz sistemi və əlavə interkulerlər yerləşdirilib. Bütün bu dəyişikliklər nəticəsində avtomobilin güc dəyəri 707 at gücünə və 880 Nm fırlanma anına çatdırılıb. Unikal avtomobilin digər xüsusiyyətlərindən «Lamborghini Gallardo»dan alınmış mexaniki transmissiyanı, ön tərəfdə 6 pistonlu, arxada isə 4 pistonlu Brembo əyləcləri quraşdırılıb. Bunlara əlavə olaraq avtomobilə hidravlik bir əl əyləc də əlavə edilib ki, sürücünün drift etməsi rahatlaşsın. Bu avtomobilin ən böyük üstünlüklərindən biri ictimai yollar üçün tamamilə qanuni olmasıdır.
Aysel
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX


















