Fransa Azərbaycana minaaxtaran detektorlar hədiyyə etdi - FOTO

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Fransa Respublikasının ölkəmizdəki səfirliyi arasında 3 avqust 2022-ci il tarixində Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə təqdimat mərasimi keçirilib.
ANAMA-dan verilən məlumata görə, agentliyin Horadiz regional mərkəzində baş tutan tədbirdə 25 fevral 2022-ci il tarixli Niyyət Bəyannaməsinə əsasən ANAMA-ya Fransa səfirliyi tərəfindən 130 ədəd minaaxtaran detektor hədiyyə edilib.
Baş tutan təqdimat tədbirində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin idarə heyətinin sədri Vüqar Süleymanov və Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros çıxış ediblər.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin idarə heyətinin sədri Vüqar Süleymanov qurumun fəaliyyətindən danışıb.
O, bildirib ki, səfirlik tərəfindən verilən mina detektorları Azərbaycanda həyata keçirilən mina və partlamamış hərbi sursatların təmizlənməsi fəaliyyətinə və daha təhlükəsiz şəraitin təmin olunmasına töhfə verəcək.
Daha sonra tədbir iştirakçıları mina detektorlarına, Agentliyin təşkil etdiyi mina və partlamamış hərbi sursatlara dair təşkil edilmiş sərgiyə baxış keçiriblər.
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ












