Füzuli-Cəbrayıl yolu minalardan təmizlənib

Hazırda durduğumuz ərazi Füzulinin Qarğabazarı kəndidir. Burada Füzulidən Cəbrayıl rayonuna gedən yolun minalardan təmizlənməsini həyata keçiririk. Sahənin birinci mərhələsi (3.4 kilometr) artıq yekunlaşıb və istifadə üçün təhvil verilib. Orada artıq müəyyən işlər aparılır, yollar çəkilir.
Avtosfer.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) supervayzeri Natiq Əsədov deyib.
Onun sözlərinə görə, sözügedən sahənin ikinci hissəsinin uzunluğu 4.5 kilometrdir:
"Eyni zamanda, bu sahədə 316 min kv/m olan yekun sahənin 289 mini təmizlənib və bu sahədə 174 ədəd partlamamış sursat tapılıb. Həmçinin, bu sahənin 3-cü mərhələsi də var. Bu isə Yal Pirəhmədli sahəsidir, onun da uzunluğu 4.5 kilometrdir. Bu sahə ümumi olaraq 390 min kv/m-dir. Burada da işlər yekunlaşmaq üzrədir. Təxminən bir həftə ərzində işləri başa çatdıracağıq".
Xatırladaq ki, Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanları “Azərbaycana Media Tur” çərçivəsində işğaldan azad olunan ərazilərdə səfərdədir.
Səfərdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Serbiya və Bosniya və Herseqovinadan olan 20-dən artıq xarici jurnalist iştirak edir. Məqsəd işğal zamanı ermənilər tərəfindən Azərbaycan ərazisində törədilən vəhşiliklər, dağıdılan tarixi abidələr və yerlə yeksan olunan yaşayış əraziləri barədə KİV nümayəndələrinin məlumatlandırılmasıdır.
Üçgünlük səfər zamanı xarici jurnalistlər Füzuli, Cəbrayıl, Şuşa və Gəncədə olacaqlar.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












