Füzuli-Şuşa tuneli erməniləri heyrətləndirdi

44 günlük müharibənin Azərbaycan ərazisində getməsinə, 30 il ərzində tarixi, dini, mədəni abidəsi erməni vandalizminin qurbanı olmasına, infrastrukturu tamamilə məhv edilməsinə baxmayaraq Avropa İttifaqının Ermənistana 2.6 milyard avro qrand ayırması da rəsmi Bakını məqsədindən, tarixi, milli missiyasından usandırmayacaq.
10 noyabr bəyanatından sonra işğaldan azad olunan ərazilərin minadan təmizlənən hissələrində sürətli şəkildə bərpa, quruculuq işlərinə, infrastruktur layihələrin icrasına var gücü ilə start verən Azərbaycan keçən 8 ay ərzində gördüyü işlərlə Ermənistan ictimaiyyətini ciddi şəkildə heyrətləndirməyə başlayıb. Belə ki, erməni jurnalist Bella Lalayanın sosial şəbəkə hesabında Azərbaycanın işğaldan azad edilən ərazilərdə apardığı quruculuq işlərindən yazması diqqətimizdən qaçmayıb.
Avtosfer.az Milli.az-a istinadən xəbər verir ki, Bella Lalayan sosial medi hesabında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunelin fotoşəklini paylaşaraq "30 il ərzində Stepanakertdə (Xankəndi) tunelimiz, asfaltımız olmadı. İndi Füzuli-Şuşa tunelinə baxın, yerə girin" sözlərini qeyd edib.
Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa olunacaq tunelin təməlini qoymuşdu. Burada ümumilikdə iki tunel tikilir və onların hər biri ikizolaqlı olacaq. Tunellərin hər birinin uzunluğu 530 metr, eni isə 12 metr olacaq.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












