Füzuli və Zəngilanın mina xəritələri: Azərbaycanın qazancı – ŞƏRH

Azərbaycanın yürütdüyü xarici siyasət nəticəsində işğaldan azad edilmiş ərazilərin mina xəritələrinin verilməsi ilə bağlı təşəbbüslər diqqət çəkir.
Bir müddət öncə Ermənistan Qərbin vasitəçiliyi ilə Ağdamda 97 min minanın basdırıldığı ərazilərin xəritəsini Azərbaycana təqdim etmişdi.
İyulun 3-də Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yaydı ki, Rusiyanın təşəbbüsü ilə Ermənistan Füzuli və Zəngilanda da basdırılmış 92 min minanın xəritəsini Bakıya verib.
Azərbaycan humanitar prinsiplərə söykənərək 15 erməni hərbçini ölkəsinə təhvil verib.
Mina xəritələrinin verilməsi üçün göstərilən səylər Bakıya faydalıdır. Çünki mina xəritələrinin verilməsi bərpa işlərinin sürətlənməsi üçün meyardır.
Bundan əlavə xəritələrin əldə edilməsi insan itkisinin qarşısının alınmasında da əhəmiyyətlidir.
Təsadüfi deyil ki, Moskva da, Qərb də Zəngəzur dəhlizindən qazanacağı əlavə iqtisadi dividentləri nəzərə alır, Füzuli və Zəngilan isə layihənin reallaşmasında açar rola malikdir.
Zəngəzur dəhlizinin əsas elementi Horadiz-Ağbənd dəmir yoludur. Bu dəmir yolu Azərbaycanın əsas hissəsini Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana birləşdirəcək.
Yol-nəqliyyat infrastrukturunun Füzulidən keçməsi bu rayonun strateji əhəmiyyətini artırır, Zəngilan isə ikinci qapıdır.
Zəngilanı indi Naxçıvanla cəmi 40 kilometrlik Zəngəzur dəhlizi ayırır və Prezident İlham Əliyev bundan əvvəlki çıxışlarında həmin dəhlizin açılacağını bəyan edib.
Ümumilikdə mina xəritələri və məhbusların mübadiləsi praqmatik, müsbət və vacib bir prosesdir.
Bu, işğaldan azad edilmiş ərazilərdə investisiyanı da təşviq edir – istər yerli, istərsə də xarici sərmayələrə qapı açır.
Prosesin davamlı olacağı şübhəsizdir, bundan sonra yəqin ki, Ermənistan başqa ərazilərin mina xəritələrini də təqdim etmək məcburiyyətində qalacaq.
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












