Gəmi təmirçilərinin ixtiyarına yeni futbol meydançası verilib

Ölkəmizdə idmanın inkişafına daim xüsusi diqqət və qayğı göstərilir. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC də (ASCO) korporativ sosial məsuliyyəti çərçivəsində bu istiqamətdə həyata keçirilən dövlət siyasətinə fəal dəstək verir.
Bu barədə Avtosfer.az ASCO-ya istinadən xəbər verir.
Bununla belə, ASCO-da əməkdaşların həyat və sağlamlıqlarının qorunması, fiziki hazırlıqlarının inkişafı və təkmilləşdirilməsi, asudə vaxtlarının səmərəli təşkili də daim xüsusi diqqətdə saxlanılır. Bu məqsədlə daha bir mühüm addım atılıb. Belə ki, “Bibiheybət” Gəmi Təmiri Zavodunun ərazisində mini futbol meydançası istifadəyə verilib.
Uzunluğu 40 metr, eni 20 metr olan stadion beynəlxalq standartlar səviyyəsində inşa edilib, xüsusi ot örtüyü ilə döşənib.
Stadionun daxilində futbol yarışları ilə yanaşı, voleybol oyunlarının təşkili də mümkündür. Bunun üçün 18 metr uzunluğa, 9 metr enə malik xüsusi meydança təşkil olunub.
Stadion ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin, “Bibiheybət” Gəmi Təmiri Zavodunun təşəbbüsü ilə tikilib.

Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












