Gənc şairin "Koma" əsərinin imza günü keçiriləcək - FOTO

İnsanlar güc sahibi olmaq üçün çalışır, güc və imkanlarını bu yolda səfərbər edirlər. Bir gün buna sahib olduqda sevgisizlikdən yalnızlığa çəkilir və atalara istinadən deyirlər ki, zirvədəkilər yalnızlığa məhkumdur. İnsanı var edən sevgi, məhv edən sevgisizlikdir... KOMA bir dünya nağılı, sevginin kitabıdır...
Gənc yazıçı-şair Tural Həsənlinin yeni çapdan çıxan “KOMA” əsərinin qəhrəmanı Adel Bakıda yaşayan və dünyanın ən zəngin iyirmi adamından biri olan Yusifin qızıdır. Atası ölkə xaricində öldürüldüyü gün bütün zənginliyini bir kənara qoyub istədiyi həyatı yaşamaq üçün magistr məqsədilə İstanbula yollanır. Qarşısına təsadüfən çıxan Jonasa aşiq olur. Baş verən heç nə təsadüf deyilsə və bundan sonra yaşayacağı hər şey planın bir parçasıdırsa, bilmədiyi həyatı bildiyi kimi yaşayan Adelə həyat həqiqət və yalanın sirli qapılarını açacaq.
Xatırladaq ki, gənc yazıçı-şair Tural Həsənlinin “Koma” kitabının imza günü 15 may tarixində saat 12:00-da “Libraff” kitab mağazaları şəbəkəsinin “Park Akademiya” bölməsində keçiriləcəkdir. Bütün kitabsevənlər dəvətlidir.
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA














