Gəncə sakinləri narkotiklə tutuldu - FOTO

Gəncədə qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin (RPŞ) əməkdaşlarında şəhər sakini Ceyhun Paşayevin qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əsaslı şübhələr yaranıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin şəxs şübhəli qismində saxlanılaraq Polis İdarəsinə gətirilib. Şəxsi axtarış zamanı C.Paşayevin əlindəki sellofan torbadan 475 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürlüb.
RPİ əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri də uğurla nəticələnib.
Belə ki, qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Tofiq Abdullayev saxlanılarkən şəxsi baxış zamanı üzərindən 460 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Maddi sübutlar ekspertizaya təqdim olunub.
Saxlanılan şəxslərlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.




Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












