Gəncə sakinlərində “patı” aşkarlanıb - FOTO

Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Ceyhun Abdullayev saxlanılaraq BPİ-nə gətirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.
Dindirilmə zamanı saxlanılan şəxs narkotik maddəni 20 manata Əli adlı şəxsdən aldığını bildirib.
Hazırda həmin şəxsin kimliyinin və yerinin müəyyən edilərək istintaqa cəlb edilməsi barədə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
ŞBPİ-ni Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının da keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə olan metamfetamin əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Şahid Hüseynov saxlanılıb.
Saxlanılan şəxs ifadəsində narkotik maddəni şəxsi sitifadə üçün əldə etdiyini etiraf edib.
Bundan başqa, ŞBPİ-nin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Musa Əliyev saxlanılıb. Həmin şəxsin üzərindən qanunsuz olaraq narkotik maddə olan heroin aşkar edilərək götürülüb.
Aşkar edilən faktlara üzrə Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, faktlarla bağlı araşdırmalar davam etdirilir.


Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












