Gəncədə baş verən partlayışda ölən şəxs şəhidin atası imiş - FOTO - YENİLƏNİB

Gəncədə partlayış nəticəsində ölən şəxs şəhidin atası olub.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə nəticəsində həyatını itirən Asif Tağıyev şəhid Eşqin Tağıyevin atasıdır.
Qeyd edək ki, Tağıyev Eşqin Asif oğlu 1998-ci il, martın 18-də Göygöl rayonunun Üçtəpə kəndində dünyaya göz açıb. Eşqin Tağıyev Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. 2020-ci il, oktyabrın 30-da Şuşa şəhərinin azad olunması uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə yüksəlib.
Azərbaycan Ordusunun əsgəri olan Eşqin Tağıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları və "Azərbaycan bayrağı" ordeni ilə təltif edilib.

***
Gəncədə 50 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə şəhərin Sevinc qəsəbəsində qeydə alınıb. Belə ki, Daşkəsən rayon sakini 50 yaşlı Asif Tağıyev qəsəbə ərazisində qoyun otaran zaman "OF 843" markalı 120 min çaplı minatan mərmisi tapıb. O mərmini yaşadığı evə gətirərək ehtiyatsız davranması nəticəsində partlayış olub.
Nəticədə 50 yaşlı kişi aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə yerində polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
10 Azərbaycan vətəndaşı 38 gün Ermənistanda qalıb
Prezident İlham Əliyev Cəbrayıla səfər etdi - FOTO - YENİLƏNİB
Bakıda bu marşrutların istiqaməti dəyişdi - SƏBƏB
Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək - Prezident təsdiqlədi
DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM










