Gəncədə keçmiş məhkumdan silah götürülüb - FOTO
Xəbərlər
10 Avqust 2021 13:22

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a məlumata görə, ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Azər Həsənov şəhər ərazisində saxlanılaraq Polis İdarəsinə gətirilib. Onun yaşadığı evə axtarış keçirilən zaman 1 ədəd, atəşə yararlı, “Kalaşnikov” markalı avtomat, həmin silaha aid 5 ədəd atəşə yararlı 5.45 mm-lik patron və 1 ədəd daraq aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar ekspertizaya göndərilib, faktla bağlı araşdırmalar davam etdirilir.
Oxunub : 1038
DİGƏR XƏBƏRLƏR
16 Noyabr 2026 22:50
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
16 Noyabr 2026 20:37
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
16 Noyabr 2026 20:05
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
16 Noyabr 2026 18:30
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
16 Noyabr 2026 12:36
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
15 Noyabr 2026 19:20
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
15 Noyabr 2026 16:46
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
13 Noyabr 2026 20:40
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
13 Noyabr 2026 19:33
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
12 Noyabr 2026 22:22
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
12 Noyabr 2026 21:54
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
12 Noyabr 2026 19:50
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
ŞƏRH YAZ














