Gəncədə mağazadan oğurluq etmək istəyən şəxslər saxlanıldı - FOTO

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinin Gəncə şəhər regional Mühafizə İdarəsinin əməkdaşları xidməti ərazidə yerləşən mağazaların birindən oğurluq edən şəxsləri “iş başında” saxlayıblar.
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Gəncə şəhər sakini, əvəllər məhkum olunmuş Orxan Abbasov və Zərdab rayon sakini Əli Vəliyev gecə saatlarında şəhər ərazisində yerləşən mağazaların birinə qanunsuz daxil olaraq oradan oğurluq etməyə cəhd ediblər.
Lakin onların bu əməlinin qarşısı həmin ərazidə xidmət aparan Gəncə şəhər regional Mühafizə İdarəsinin əməkdaşları tərəfindən alınıb və onlar oğurluq edərkən yaxalanaraq, istifadə etdikləri maddi sübutlarla birlikdə Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə təqdim edilib.
Araşdırmalar zamanı O.Abbasovun əvvəllər eyni mağazadan bir neçə dəfə də oğurluq etməsi müəyyən edilib.
Saxlanılan şəxslərin digər cinayət hadisələri törətmələri ehtimal olunduğundan araşdırmalar davam etdirilir.




Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












