Gəncədə narkotik satan və alan şəxslər saxlanıldı - FOTO

Gəncədə narkotik satan və alan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Bölgəsi üzrə Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Gəncə şəhər sakini Məmməd Zeynalov saxlanılaraq şöbəyə gətirilib.
Onun üzərərinə baxış keçirilən narkotik maddə olah heroin aşkar edilərək götürülüb.
Dindirilmə zamanı M.Zeynalov narkotik maddəni Gəncə şəhər sakini Qorxmaz adlı şəxsdən 50 manata aldığını bildirib.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Gəncə şəhər sakini, əvvəllər də eyni cinayət əməlinə görə məhkum olunmuş Qorxmaz Məmmədov saxlanılıb.
Onun evinə baxış keçirilən zaman, oradan müxtəlif çəkidə heroin, marixuana və metadon aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.







Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












