Gəncədə narkotik satmaqda və saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Gəncədə narkotik satmaqda və saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Bu barədə Avtosfer.az-a Gəncə Şəhər Baş Polis İdarəsindən bildirilib. Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini İbrahim Qasımov saxlanılaraq Baş Polsi İdarəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs narkotik maddəni 35 manata İlkin adlı şəxsdən aldığını bildirib.Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə ədə edib saxlamaqda və satmaqda şübhəli bilinən , əvvəllər məhkum olunmuş İlkiun Mahmudov saxlanılıb. Saxlanılan şəxs İ. Qasımova narkotik maddə satdığını, özü isə Hüseyn adlı şəxsdən aldığını etiraf edib.
Polis əməkdaşları narkotik maddə satmaqda şübhəli bilinən Hüseyn Fərman oğlunun yerini müəyyən edərək ŞBPİ-nə gətirib. Onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürülüb. Bundan başqa, ŞBPİ-nin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Ramiz Musayev saxlanılıb. Həmin şəxsin üzərindən qanunsuz olaraq narkotik maddə olan “heroin” aşkar edilərək götürülüb.
Aşkar edilən faktlara üzrə Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, faktlarla bağlı araşdırmalar davam etdirilir.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












