Gəncədəki beynəlxalq hava limanına yeni IATA kodu təyin edilib

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) Azərbaycanın milli aviadaşıyıcısının təşəbbüsü ilə Gəncə şəhərindəki beynəlxalq hava limanının üçhərfli kodunun dəyişdirilməsi haqqında qərar qəbul edib.
Bu barədə Avtosfer.az-a "Azərbaycan Hava Yolları" QSC-dən bildirilib.
Məlumata görə, ümumdünya mülki aviasiyasının miqyasını nəzərə alaraq, hava limanının beynəlxalq kodunun dəyişdirilməsi uzun müddət davam edən, kifayət qədər mürəkkəb prosesdir. Hava limanlarının üçhərfli kodları daimi əsaslarla verilir və qısa müddət ərzində dəyişdirilə bilməz. Bütün hüquqi prosedurlar yerinə yetirildikdən sonra, IATA-nın 763 nömrəli Qətnaməsinə uyğun olaraq, Azərbaycanın ikinci ən böyük hava limanının yeni kodu Gəncə şəhərinin adı ilə bağlı olub “GNJ” adlandırılacaq. Hava limanının əvvəlki kodu – “KVD” köhnə toponimlə - Kirovabad adı ilə bağlı idi. Şəhər 1935-ci ildən 1989-cu ilədək belə adlanırdı. Bu dəyişiklik rəsmi şəkildə cari il sentyabrın 10-da bütün aviabilet təxsisi sistemlərində qüvvəyə minəcək. Yeni hava limanı kodu o cümlədən biletlərdə, baqaj birkalarında, informasiya tablolarında göstəriləcək. Bu gün Azərbaycanda altı beynəlxalq hava limanı tikilərək fəaliyyət göstərir – Bakıda (GYD), Gəncədə (GNJ), Naxçıvanda (NAJ), Qəbələdə (GBB), Lənkəranda (LLK) və Zaqatalada (ZTU). Həmçinin Abşeron rayonunun Zabrat qəsəbəsində ASG Helicopter Services helikopter aviaşirkətinin bazası (ZXT) yerləşir. Hazırda Füzulidə beynəlxalq hava limanının (FZL) tikintisi davam etdirilir və yaxın zamanlarda açılışı nəzərdə tutulub. Qarabağın azad edilmiş ərazilərində – Azərbaycanın Laçın və Zəngilan rayonlarında daha iki hava limanı tikiləcək.
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO











