Gənclər təşkilatları Hərbi Qənimətlər Parkını ziyarət ediblər - FOTO

Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) idarə heyəti və üzv təşkilatlarının nümayəndələri aprelin 15-də Hərbi Qənimətlər Parkını ziyarət ediblər.
Səfər zamanı gənclər təşkilatlarının nümayəndələri müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində xalqımızın mərd oğulları tərəfindən ələ keçirilən qənimətlərlə yaxından tanış olublar. Gənclər nümayiş etdirilən eksponatlar haqqında yeni məlumatlar əldə edib, Vətən müharibəsi və ondan sonra xalq olaraq həmrəyliyimizdən qürur hissi ilə bəhs ediblər.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı qələbə tariximizə qızıl hərflərlə həkk olundu. Məhz bu qələbə tarixinin gələcək nəsillərə ötürülməsi və əyani formada nümayiş etdirilməsi baxımından Hərbi Qənimətlər Parkı yaradılıb. Parkda müharibə dövründə xalqımızın igid əsgərləri tərəfindən ələ keçirilən hərbi texnikanın bir qismi, ağır texnikalar, tanklar, döyüş maşınları, hərbi nəqliyyat və düşmənin dinc əhalini hədəf alaraq endirdiyi raketlərin qalıqları da sərgilənməkdədir.
Gənclər təşkilatları Vətən müharibəsində qazanılmış şanlı qələbə tarixinin gələcək nəsillərə ötürülməsi, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində daim çalışacaqlar.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












