Gənclərin Sahibkarlıq Məktəbi başa çatdı - FOTO
Azərbaycan Gənc Marketoloq-Reklamçılar İctimai Birliyi Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.06.2025-ci il tarixdən icrasına başlanan " GSM - Gənclərin Sahibkarlıq Məktəbi " layihəsi çərçivəsində silsilə maarifləndirici tədbirlər həyata keçirilib. Sonuncu bağlanış tədbiri olaraq iyulun 17-də Gənclərin Resurs və Təlim Mərkəzində baş tutdu. Tədbir zamanı ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və həmçinin könüllülər iştirakı etdilər.
İlk öncə tədbir iştirakçılarını salamlayaraq və onlara bu şəraiti yaratdığına görə Gənclərin Resurs və Təlim Mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirən layihə rəhbəri Hafiz Əzəmmədov layihənin məqsədi haqqında məlumat verdi. Bildirdi ki, hər bir Azərbaycan vətəndaşı sahibkarlıq fəaliyyəti ilə sərbəst şəkildə məşğul ola bilər və bunun üçün dövlətimiz hər bir sahibkara xüsusi diqqət və qayğı ilə yanaşır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən hər bir fərdi sahibkara diqqət və qayğısını göstərirki, bu istiqamətdə atılan addımlar gələcəkdə ölkəmizdə daha da yeni naliyyətlərin əldə edilməsi istiqamətində uğurlu nəticələr əldə edilsin.
Daha sonra geniş məlumat vermək üçün sözü təlimçi-ekspert Fərid Zülfüqara verdi. Təlimçidə öz növbəsində tədbir iştirakçılarına maarifləndirici tövsiyyələrini verdi, tədbir diskusiya şəklində keçdi.
Tədbir iştirakçılarına layihə çərçivəsində dəftərxana ləvazimatları və üzərində donorun və ictimai birliyin loqosu əks edilən sertifikatlar təqdim edildi.
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI
Şimali Koreya Ukraynadakı müharibədən nə qədər qazanır? - FOTO
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ










