Gəncədə 88 yaşlı qadını bacısı oğlu öldürüb? - VİDEO

Gəncədə 88 yaşlı qadının ölümünün təfərrüatı məlum olub.
Avtosfer.az xəbər verir ki, Gülsüm Əliyevanın səhhəti oktyabrın 26-da pisləşib. Yaxınları təcili tibbi yardım çağırıblar və qadın xəstəxanaya aparılıb. Həkimlər onun yaşlı olduğunu və ömrünə bir neçə gün qaldığını bildiriblər. Bundan sonra o evə qaytarılıb. Oktyabrın 28-də isə səhər saatlarında Gülsüm Əliyevanın vəfat etdiyi məlum olub. Qadının dəfnindən bir neçə gün sonra onun 59 yaşlı bacısı oğlu Əli Məmmədov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Qonşular Gülsüm Əliyevanın ruhi xəstə olduğunu, Əli Məmmədovun onu qətlə yetirə biləcəyinə inanmadıqlarını deyiblər.
"88 yaşında xalanı qətlə yetirməzdi. Mən inanmıram. Həmin adam o qədər ağılsız, qansız adam deyil. Artıq 33 ildir qonşuyuq", - deyə qonşulardan biri Baku TV-yə bildirib.
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
Bakıda kirayə qiymətlərinin artmasının əsas səbəbi nədir? – İQTİSADÇI
Üzrlü səbəbdən qayıb limitini aşan tələbə imtahana buraxılır? – RƏSMİ
Azərbaycan–Çin Sənaye Parkı ölkəyə hansı iqtisadi faydaları verəcək? – POLİTOLOQ
İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi BAĞLANDI
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - SİYAHI
İki avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR
Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu
Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
Şəhid general-mayor Məhəmməd Əsədov – O, erməni naziri necə çaşdırmışdı? - VİDEO
Əli Həsənovun qızı biznesini satmaqdan imtina etdi












