Məhkəmə qarşısında olan generalın oğlu ölkəni tərk etdi

21 il öncə Ukraynada iş adamı Elçin Əliyevi qətlə yetirməkdə təqsirli bilinərək həbs edilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun oğlu Telman Əkbərov ölkəni tərk edib. Bu barədə mərhum E.Əliyevin ailəsinin vəkili Elçin Sadıqov xəbər verib. O, polis şöbəsi ilə əlaqə saxladığını, Telman Əkbərovun ona hücum etməsi faktı ilə bağlı şikayətinin araşdırılması ilə maraqlandığını deyib: “Məlum oldu ki, Rövşən Əkbərovun 1990-cı il təvəllüdlü oğlu Telman Əkbərov 2 sentyabr 2021-ci il tarixdə ölkəni tərk edərək Türkiyəyə getdiyi üçün onun dindirilməsi hələ mümkün olmayıb”.
Xatırladaq ki, sentyabrın 1-də Bakı Hərbi Məhkəməsində keçirilən iclas zamanı Elçin Sadıqov Rövşən Əkbərovun oğlunun ona hücum edərək xəsarət yetirdiyini bildirib./redaktor.az
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












