Gömrük işi sahəsində əməkdaşlıq haqqında saziş imzalandı - FOTO

Noyabrın 15-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin rəhbərliyi ilə nümayəndə heyəti Səudiyyə Ərəbistanı Kralllığında rəsmi səfərdə olub.
Avtosfer.az xəbər verir ki, DGK sədri Səfər Mehdiyev Ər-Riyad şəhərində bu ölkənin Zəkat, Vergi və Gömrük Orqanının Baş direktoru Suheyl bin Məhəmməd Əbənimi ilə görüşüb.
Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasındakı münasibətlərdən məmnunluqla bəhs edən Səfər Mehdiyev iki ölkənin gömrük orqanlarının qarşılıqlı əlaqələrinin də gücləndirilməsinin vacibliyini vurğulayıb.
Komitə sədri Prezident İlham Əliyev tərəfindən gömrük sistemində aparılan islahatlar çərçivəsində reallaşdırılan struktur dəyişiklikləri, maddi-texniki bazanın və əməkdaşların potensialının gücləndirilməsi, gömrük əməliyyatlarının sadələşdirilməsi, şəffaflığın təmin olunması istiqamətində atılan addımlardan bəhs edib. Bildirilib ki, müasir texnologiyaların, innovativ layihələrin tətbiqi hesabına, fiskal sahədə, qaçaqmalçılığa qarşı mübarizə, vətəndaş-məmur təmasının minimuma endirilərək şəffaflığın təmin olunması istiqamətində mühüm nailiyyətlər əldə olunub.
44 günlük Vətən müharibəsində qazandığımız parlaq qələbədən bəhs edən Komitə sədri Azərbaycanın işğal altındakı ərazilərini azad etməsinin yalnız region üçün deyil, beynəlxalq ticarətin və tranzitin inkişafı baxımından da yeni imkanlar yaratdığını diqqətə çatdırıb.
Səfər Mehdiyev iki ölkənin gömrük orqanları arasındakı əlaqələrin inkişaf perspektivlərindən danışıb və bu istiqamətdə atılacaq addımların qarşılıqlı ticarət dövriyyəsinin artmasına da müsbət təsir göstərəcəyini vurğulayıb.
Səudiyyə Ərəbistanının Zəkat, Vergi və Gömrük Orqanının Baş direktoru Suheyl bin Məhəmməd Əbənimi ölkələrimiz arasında qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb, imzalanacaq sazişlə gömrük orqanlarının da bu sahəyə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Daha sonra "Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş" imzalanıb.
Sənədi Azərbaycan Respublikası hökuməti adından Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Səudiyyə Ərəbistanı Kralllığı hökuməti adından bu ölkənin Zəkat, Vergi və Gömrük Orqanının Baş direktoru Suheyl bin Məhəmməd Əbənimi imzalayıblar.
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu











