Dubaydan gələndə hava limanında tutuldu: üstündə NƏLƏR TAPILDI? - FOTO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitələrin Azərbaycanın gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə ölkəmizə keçirilməsi cəhdinin qarşısını alıblar. Avtosfer.az xəbər verir ki, HNBGİ Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Dubay - Bakı aviareysi ilə gələn, Azərbaycan Respublikası vətəndaşı "Yaşıl Kanal" buraxılış sistemi vasitəsilə gömrük nəzarəti zonasını tərk etmək istəyərkən saxlanılıb və "Qırmızı Kanal" buraxılış sisteminə yönləndirilib.
Vətəndaşa məxsus yüklər monitordan keçdikdən sonra, təkrar baxış üçün yoxlama otağına dəvət edilib.
Yoxlama zamanı vətəndaşa məxsus çamadanın içərisindəki balıq yağları dənəciklərinin arasından, kiçik plastik qabdan və siqaret qutusundan gömrük nəzarətindən gizlədilən, ümumilikdə 0,07 qram narkotik vasitə - qurudulmuş marixuana, 0.262 qram narkotik vasitə - kokain, 0.0001 qram psixotrop maddə - lizerqid (LSD), 0,3 qram narkotik vasitə - həşiş qətranı aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.


Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO












