Gömrükdə qızıl zərgərlik məmulatları aşkar edilib - FOTO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları zərgərlik məmulatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar.
Bu barədə Avtosfer.az-a DGK-dan bildirilib. Belə ki, HNBGİ Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı "Yaşıl kanal" buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən saxlanılıb və "Qırmızı Kanal" buraxılış sisteminə yönləndirilib.
Vətəndaşın yükləri monitordan keçən zamana şübhəli predmetlərin təsviri görünüb.
Yoxlama zamanı vətəndaşa məxsus boz rəngli əl çantasının içərisində gömrük nəzarətinə təqdim edilməyən, yazılı, elektron və şifahi formada bəyan olunmayan, ümumi çəkisi 146 qram qızıl zərgərlik məmulatları – 16 ədəd kulon, 9 ədəd qolbaq, 5 ədəd sikkə, 3 ədəd üzük, 2 cüt sırğa, 1 ədəd kulonlu boyunbağı və 1 ədəd sancaq aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












