Gömrüyün keçmiş rəislərinin məhkəməsi başlayır - Milyonlar yeyilib...

Dövlət Gömrük Komitəsinin hədə-qorxu ilə külli miqdarda rüşvət alma və digər ağır cinayətlərdə ittiham olunan sabiq vəzifəli şəxsləri hakim qarşısına çıxarılır.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
Sabiq gömrükçülər arasında Tovuz Gömrük İdarəsinin rəisi Elçin Şabanov, həmin idarənin Qırmızı-Körpü gömrük postunun rəisi Vasif Abıyev, Bakı Baş Gömrük İdarəsinin inspektoru Turab Nəsirov, Sumqayıt Gömrük İdarəsinin inspektoru Elmir Məmmədov, sabiq gömrük əməkdaşı Təvəkgül Bayramov var.
Bundan əlavə, onlarla birgə “Karvan 313” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Telman İbrahimov, həmin MMC-nin direktor müavini olan sabiq gömrük əməkdaşı Arif Rzayev, Şahin Soltanov, həmçinin Rövşən İbrahimov və Fəxrəddin İbrahimov da cinayət məsuliyyətinə cəlb ediliblər.
Eks-gömrükçülərin qanunsuz halların baş verməsinə laqeyd münasibət göstərmələri, bununla da milyonlarla məbləğdə artıq gömrük ödənişlərinin dövlət büdcəsinə ödəməkdən yayındırılmasına səbəb olmalarına əsaslı şübhələr müəyyən edilib.
İttihama görə, gömrükçülərin şərait yaratdığı sahibkarlar 60-dək yük nəqliyyat vasitəsi ilə ölkə ərazisindən ixrac olunması nəzərdə tutulan, habelə tranzit qaydada İrandan gətirilən müxtəlif məhsulları gömrük sənədlərinə əsasən bəyan edilib təyinatı üzrə başqa ölkəyə aparmalı olduqları halda, marşrutdan kənara çıxarılaraq qiymətli metal yükləri ilə əvəzləndikdən sonra Qırmızı-Körpü gömrük postundan Gürcüstan ərazisinə keçiriblər.
Rüşvət alma, qaçaqmaçılıq və səhlənkarlıqda təqsirləndirilən şəxslərdən çoxu həbsdədir. Bir neçəsi barəsində isə məhkəməyə qədər alternativ qətimkan tədbiri seçilib.
İş Gəncə Ağır Cinayətlər Məhkəməsində araşdırılacaq.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












