Goranboyda narkotik saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb - FOTO

Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarında rayon sakini, əvvəllər məhkum olunmuş Nürəddin Ələkbərovun qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əsaslı şübhələr yaranıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin şəxs şübhəli qismində saxlanılaraq polis şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı N. Ələkbərovun üzərindən narkotik vasitə olan “tiryək” və “heroin” aşkar edilərək aşkar edilərək götürlüb.
RPŞ əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri də uğurla nəticələnib. Belə ki, rayon sakini, əvvəllər məhkum olunumuş, qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlamaqda şübhəli bilinən Elmin Uğurluyev saxlanılarkən üzərindən narkotik vasitə olan “heroin” aşkar edilərək götürülüb.
Bundan başqa polis əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində, əvvəllər məhkum olunmuş Murad Ələkbəri saxlanılıb və üzərindən narkotik maddə olan "heroin" aşkar edilib.
Rayon sakini Hətəm Uğurluyev saxlanılan zaman isə ondan narkotik vasitə olan, qurudulmuş “marixuana” aşkar olunub.
Maddi sübutlar ekspertizaya təqdim olunub. Saxlanılan şəxslərlə bağlı Goranboy RPŞ-də araşdırmalar davam etdirilir.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












