Goranboyda narkotik yetişdirən şəxs tutulub - FOTO
Xəbərlər
29 İyul 2021 15:27

Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə saxlamaqda şübhəli bilinən rayonun Dəliməmmədli qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mobil Məmmədov saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan, qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Əraziyə baxış zamanı oradan ümumi çəkisi 1 kq 180 qram olan narkotik çətənə aşkar edilərək götürülüb.
Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub.
Faktla bağlı Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Oxunub : 1294
DİGƏR XƏBƏRLƏR
11 Oktyabr 2026 13:41
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
9 Oktyabr 2026 22:29
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
9 Oktyabr 2026 18:47
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
9 Oktyabr 2026 18:22
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
9 Oktyabr 2026 16:11
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
8 Oktyabr 2026 21:44
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
8 Oktyabr 2026 12:41
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
8 Oktyabr 2026 11:53
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
8 Oktyabr 2026 11:14
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
8 Oktyabr 2026 11:11
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
8 Oktyabr 2026 09:24
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
7 Oktyabr 2026 22:17
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
ŞƏRH YAZ














