Görüntüləri yayılan Ramiz Göyüşov danışdı: “İlk dəfə idi belə bir halla qarşılaşdırdım”

Haqqımda yayılan video şəxsimə qarşı edilən şantaj və qurmadır.
Bu sözləri bu gün intim görüntüləri yayıldığı iddia edilən Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov Azadinfo.az-a açıqlamasında bildirib.
“Bu gün bir xanım mənə görüntülü zəng etdi. Dəfələrlə zəngi geri çevirsəm də, o, mənə təkrar zəng vurdu. Çox zəngdən sonra açdım. Əvvəlcə nə baş verdiyini başa düşmədim. Xanım yarıçılpaq formada idi. Ona irad bildirib, telefonu söndürdüm. Sonra o, yenə yığdı. Yayılan videodan da görünür ki, mən məsələni anlamıram. Çünki ilk dəfə idi belə bir halla qarşılaşdırdım. Gördüm, qadının məqsədi başqadır, onu bloka atdım. Biraz sonra mənə Türkiyə nömrəsi ilə bu video göndərildi. Məni jantaj elədilər ki, əgər onlarla əlaqəni kəssəm, haqqımda video paylaşacaqlar. Təbii ki, onların bu istəyini rədd elədim.
İndi məndən qisas almaq üçün o videogörüntünü yayıblar”, - deyə o bildirib.
Göyüşov bildirib ki, həmin şəxlərin məqsədi onun ictimai-siyasi nüfuzuna kölgə salmaqdır:
“Hər şey ortadadır. Bu şəxslər mənim ictimai-siyasi nüfuzuma kölgə salmağa çalışır. İlk dəfə deyil ki, belə hallar yaşanır. Hesab edirəm ki, bu adamlar xaricdəki qüvvələr tərəfindən idarə edilir. Yoxsa, onlar məni, harada çalışdığımı hardan bilir? Təbii ki, bu, sifarişlidir”.
Qeyd edək ki, bundan əvvəl də Türkiyədə yaşayan müəyyən şəxslər Azərbaycanda nüfuzlu, tanınan şəxsləri eyni üsulla şantaj edib, pul almağa çalışıblar.///azadinfo.az
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












