Gorus-Qafan yolunda hərəkət iflic vəziyyətdədir

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində yerləşdirilmiş polis və gömrükçülər İranın yük maşınları ilə yanaşı, həmin ölkədən gələn avtobusları da yoxlamağa başlayıblar. Bu gün isə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin Gorusdan Qafana gedən yolu İranın yük maşınları üçün bağladığı haqda informasiya yayılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Haqqin.az erməni mediasına istinadən məlumat yayıb. Məlumata əsasən, Gorusun çıxışında Qafana buraxılmayan onlarla İrandan gələn yük maşını toplaşıb. Bildirilir ki, iranlı sürücülərin çoxu Gorus istiqamətində gedərkən pulları olmadığından cərimə ödənişini etməyiblər.
Onların sözlərinə görə, Ermənistan polisi və MTX iranlı sürücülərə kənar yoldan istifadə etməyi məsləhət görüblər. Lakin yük maşınları həddindən artıq böyük olduğundan sözügedən bu dar yolla hərəkət etməkdə çətinlik çəkirlər. Qeyd olunur ki, bu yoldan istifadə edən bir neçə sürücü qəza törədib.
"Əsas səbəb odur ki, onlar ödəniş edə bilməsələr, müxtəlif problemlər yarana bilər"-, deyə Ermənistan KİV yazır.
Qeyd edək ki, son günlər İranın Qarabağa qanunsuz yük daşımaları Azərbaycanı ciddi narahat edib. Bakının etirazına baxmayaraq, bir ay sonra İran yük maşınlarının Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz daxil olmağı ilə bağlı görüntülər də yayılmışdı. Eyni zamanda, məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanıb. Bununla bağlı Azərbaycanın Gorus-Qafan yolunun Qubadlının Eyvazlı kəndi yaxınlığından keçən hissəsində polis postu qoyulub. Burada İrandan Ermənistana, oradan isə Azərbaycanın Qubadlı rayonunun ərazisindən keçən yük maşınlarına nəzarət olunur.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












