Gorus-Qafan yolunda iranlı sürücülər saxlanılıb - DİN - FOTO

Erməni mətbuatında Gorus-Qafan avtomobil yolunda İrandan gələn iki yük maşınının sürücüsünün Azərbaycan polisləri tərəfindən saxlanılması ilə bağlı məlumatlar yayılıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, Ehsan Zahidov açıqlamasında bildirib ki, saxlanılan sürücülər qanunsuz yollarla Azərbaycan ərazisinə daxil olublar: "Ermənistandan qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Həmin avtomobillərin sürücüləri barəsində Azərbaycan Respublikasının qanunlarına uyğun müvafiq tədbirlər görüləcək”, - deyə Ehsan Zahidov vurğulayıb.
Qeyd edək ki, Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində saxlanılmış İrana aid yük avtomobilindəki sənəd aşkarlanıb.
Nəqliyyat qaiməsində aydın qeyd olunur ki, Təbrizdən Xankəndiyə bitum daşınır. Bitum əsasən yol inşaatında işlədilir.
Sənəddə diqqətçəkən digər məqam avtomobilin təyinat məntəqəsi kimi - STEPANAKERT, ARMENİA yazılmasıdır.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?













