Göyçay sakini qonşusunun evindən 20 min manat oğurlayıb - FOTO

Göyçay rayonunda qonşusunun evindən 20 000 manat oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, nazirliyin “102” Zəng Mərkəzinə Göyçay rayonunun Potu kəndindəki evlərin birindən 20 000 manat pulun naməlum şəxs və yaxud şəxslər tərəfindən oğurlanması barədə müraciət daxil olub.
Daxil olan müraciət əsasında polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Keçirilən tədbirlər nəticəsində cinayət əməlini törədən şəxsin zərərçəkmişin qonşusu, Potu kənd sakini Şəmil Əmrahov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.
Saxlanılan şəxs ifadəsində törətdiyi cinayət əməlini etiraf edib və oğurladığı pulları özünə məxsus bağ sahəsində ağacın dibində gizlətdiyini bildirib. Pullar həmin yerdən götürülüb və maddi sübut kimi istintaqa təqdim olunub.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsinə cinayət işi başlanılıb, istintaq aparılır.

Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












