Göyçayda 20 yaşlı oğlan itkin düşüb - FOTO

Göyçay rayon sakini itkin düşüb.
APA-nın xəbərinə görə, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. O, ev paltarı ilə Qaraman-Göyçay xətti ilə hərəkət edən avtobusa minərək Hacalıkənd kəndi ərazisindən keçən Yuxarı Şirvan kanalının yanına gəlib, körpünün üstündə avtobusdan düşərək naməlum istiqamətə gedib. Onun ailə üzvləri məsələ ilə bağlı Göyçay rayon Polis Şöbəsinə müraciət ediblər. Polis əməkdaşları onu itkin kimi qeydiyyata alaraq tapılması üçün tədbirlər görürlər.
Məlumata görə, Fuad Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngli çəkələk olub. Onu görüb tanıyan şəxslərdən 0508536521 (Valeh, əmisi oğlu) telefon nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.
Qeyd olunub ki, Fuad bir qədər əvvəl ürəyindən cərrahiyyə əməliyyatı olunub.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












