Göyçayda çətənə kolu yetişdirən iki nəfər saxlanıldı - FOTO - VİDEO

Göyçayda polis əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, tədbirlərlə Aydın Zeynalov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı 24 ədəd çətənə bitkisi və marixuana aşkar olunub.
Keçirilən digər tədbir zamanı isə əvvəllər dəfələrlə məhkum olunmuş 53 yaşlı Mirkazım Hüseynov saxlanılıb. Ona məxsus həyətyanı sahədən çətənə kolları aşkarlanıb. Saxlanılan şəxslər narkotik tərkibli bitkiləri bir neçə ay əvvəl əkdiklərini və aqrotexniki qulluq göstərdiklərini bildiriblər.
Faktla bağlı cinayət işiləri başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
















