Göyçayda ər uşaqlarının gözü qarşısında arvadını güllələyib özü də intihar etdi

Göyçay rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Avtosfer.az Apa-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 19:30 radələrində rayonun Mallı – Şıxlı kəndində qeydə alınıb.
Kənd sakini, 1975-ci il təvəllüdlü Cavadov Elnur Məsim oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı yaşadığı evdə ov tüfəngindən atəş açaraq həyat yoldaşı, 1985-ci il təvəllüdlü Cavadova Ülviyyə Əliyar qızını güllələyib.
İki uşaq anası olan Ülviyyə Cavadova boynundan və çənəsinin altından aldığı güllə yarası səbəbindən hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən Elnur Cavadov həmin silahla özünü vuraraq intihar edib.
Ər və arvadın ölümü iki oğul övladının gözü qarşısında olub.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












