Göyərçinlər 200 maşının tuneldə qalmasına SƏBƏB OLDU

Almaniyanın Ştutqart şəhərində qeyri-adi hadisə baş verib.
Avtosfer.az bu barədə "Bild" "Telegram" kanalına istinadən xəbər verir.
Məlumata görə, yeraltı dayanacaqda yanğın siqnalı bütün qapıların avtomatik bağlanmasına səbəb olub və nəticədə 200 avtomobil sürücüsü içəridə qalıb.
Daha sonra məlum olub ki, sistemdə göyərçin nəcisi səbəbindən nasazlıq yaranıb, sistem çöküb və bu da qısaqapanmaya gətirib çıxarıb.
Bildirilib ki, həyəcan siqnalı işə düşsə də, yanğınsöndürmə xidməti hadisə barədə ancaq iki saat sonra - polisin xəbər verməsi ilə agah olub.
Yanğınsöndürənlər darvazalardan birini mişarla parçalayıblar və zirzəmidə kilidlənərək qapalı qalmış sürücüləri çıxara biliblər.
Sürücülərdən biri olan Abdulla Koteyçe bildirib ki, dostları ilə barda görüşdükdən sonra yeraltı dayanacaqda kilidli vəziyyətdə qalıb. Dayanacaqdan çıxmaq cəhdləri isə darvaza sisteminin sıradan çıxması ilə nəticələnib.
Qeyd edək ki, hadisənin heç də bütün iştirakçıları baş verənlərə yumor hissi ilə yanaşmayıb. Belə ki, sürücülərdən biri operator şirkətindən təzminat tələb edib - bütün qarajlarda ömürlük parkinq hüququ.


Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












