Göyərtəsində azərbaycanlıların olduğu gəmidə qida və su ehtiyatı tükənib

Göyərtəsində türkiyəli və azərbaycanlı şəxslər olan gəmi Kerç boğazında fəlakət siqanlı verib. Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı TASS-a Rusiya Dənizçilərin Həmkarlar İttifaqı bildirib.
Məlumatda bildirilib ki, türkiyəli iş adamına məxsus və Sierra-Leone bayrağı altında üzən “Lady Fortune” adlı gəmidə 13 nəfər var. Onlardan biri Türkiyə, digərləri Azərbaycan vətəndaşlarıdır:
“Onlar bir neçə gün əvvəl Kerçdən çıxıblar, Türkiyəyə getməli idilər. Hazırda Kerç boğazındadırlar və fəlakət siqnalı veriblər. Lakin bu, qeyri-sabit hava şəraiti ilə bağlı deyil. Gəmi heyətinin qida və su ehtiyatı tükənib. Onlar Dənizçilərin Beynəlxalq Həmkarlar İttifaqı ilə əlaqə saxlaya bilmədiklərindən, Rusiyanın ittifaqına müraciət ediblər”.
Həmçinin qeyd olunub ki, ekipaj Temryuk limanının kapitanına müraciət edərək limana daxil olmağa icazə və yaranmış vəziyyətdə kömək istəyib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












