Göygöl polisi müsabiqə iştirakçıları ilə görüşüb - FOTO

Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) və Təhsil Nazirliyinin 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə ölkəmizin müxtəlif bölgələrində təhsil alan şagirdlərin yol hərəkəti qaydaları ilə bağlı bilik və bacarıqlarını yoxlamaq, onların bu sahəyə marağını artırmaq və respublika üzrə qalib komandanı müəyyənləşdirmək məqsədilə onlayn formada keçirilmiş yarışda rayonu təmsil edən şagirdlərlə görüş keçirib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, görüşdə iştirakçılara BDYPİ adından Təşəkkürnamə təqdim edilib və şagirdlərin diqqətinə çatdırılıb ki, bu tipli müsabiqələrin keçirilməsində əsas məqsəd şagirdlərə yol hərəkəti qaydaları haqqında dolğun məlumat vermək, onlar arasında təhlükəsizlik davranış vərdişlərini aşılamaqdan ibarətdir.
Həmçinin qeyd edilib ki, son illər paytaxt və respublikanın ayrı-ayrı bölgələrində yol polislərinin keçirdikləri belə maarifləndirici tədbirlərin nəticəsi olaraq artıq məktəb yaşlı uşaqların qəzalar zamanı nəqliyyat vasitələri tərəfindən vurulması halı minimuma endirilib.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı













