Güclü külək bu rayonların bir neçə hissəsini işıqsız qoyub

Güclü külək səbəbi ilə Gəncənin bəzi qəsəbələrində elektrik enerjisinin verilməsi kəsilib.
APA-nın məlumatına görə, Sadıllı, Poçt, Məhsəti, Şeyxzamanlılar qəsəbəsi, Tereşkova küçəsi və Dəmir Vağzalı ərazisindəki yaşayış binalarına elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Buna səbəb küləyin elektrik xətlərini və dirəklərini zədələməsi olub. Həmin ərazilərdə elektrik enerjisinin verilişi dayandırılıb. Həmçinin, güclü külək nəticəsində Poçt qəsəbəsində elektrik paylayıcısı partlayıb.
Əraziyə FHN əməkdaşları cəlb olunub, baş vermiş yanğının qarşısı alınıb.
Hazırda əlaqədar qurumlar tərəfindən yaranmış problemin aradan qaldırılması istiqamətində iş aparılır.
Bundan əlavə güclü külək Samux rayonunda bəzi hissəsini işıqsız qoyub.Rayonun Qarayeri,Sərkar,Ziaydlı və bir neçə kəndlərində güclü külək səbəbindən elektrik enerjisinin verilməsi dayanıb.Bundan əlavə küləyin əsməsi nəticəsində biçilmiş taxil sahəsində yanğın baş verib.Dərhal əraziyə FHN nin əməkdaşları cəlb olunub.
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












