Günəşdə partlayışlar - Aprelin 6 və 7-də kosmik havada hansı proseslər gözlənilir?

Aprelin 6-da və 7-də Günəşdəki partlayış fəallığının zəif və ya orta dərəcədə olacağı gözlənilir, lakin ən güclü hesab edilən X sinif partlayışların başvermə riski də istisna edilmir.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutu TASS agentliyinə məlumat təqdim edib.
Qurumun açıqlamasında qeyd olunub ki, "[6 və 7 aprel tarixlərində] Günəş səthində partlayış fəallığı zəif və ya orta dərəcədə qiymətləndirilsə də, proton püskürmələri ilə birlikdə X sinfinə aid partlayışların baş verməsi mümkündür".
Keçən həftənin son günlərində gücünə görə sondan əvvəlki kateqoriyaya aid edilən 4 fərqli Günəş alovlanmasının baş verdiyi diqqətə çatdırılır.
Günəş partlayışları emissiya etdikləri rentgen şüalarının intensivliyinə görə beş əsas sinfə ayrılır: A, B, C, M və X. Ən zəif kateqoriya sayılan A0.0, Yer orbiti üzrə hər kvadrat metr üçün 10 nanovattlıq radiasiya enerjisi deməkdir. Hər sonrakı hərfə keçid zamanı fəallıq gücü on dəfə yüksəlir. Bu partlayışlar bəzən Günəş plazmasının atılması ilə eyni vaxtda müşahidə olunur və həmin plazma buludları planetimizə çatdıqda maqnit fırtınaları yarada bilər.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












