Gürcüstan quru sərhədi açsa da, Azərbaycandan yalnız hava yolu ilə gedə bilərik

Son günlər sosial şəbəkələrdə Azərbaycan vətəndaşlarının quru sərhədi ilə Gürcüstana və Türkiyəyə getmək planları müzakirə olunur. Gürcüstanın quru yollarını açması səfərə hazırlaşan Azərbaycan vətəndaşlarında çaşqınlıq yaradıb. Qonşu ölkə quru yolla girişi açsa da, Azərbaycandan isə çıxış bağlıdır.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu məsələyə son günlər dövlətin müxtəlif səlahiyyətli şəxsləri tərəfindən də açıqlama verilib.
Prezidentin köməkçisi Şahmar Mövsümov iyunun 15-də jurnalistlərə açıqlamasında bildirmişdi ki, hazırda digər məsələlərdən fərqli olaraq quru sərhədlərinin açılması ilə bağlı məsələ ümumiyyətlə, müzakirə olunmur.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən də bildirilmişdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 avqust tarixinədək uzadılıb: "Dövlət sərhədindən şəxslərin buraxılışı yalnız müəyyən olunmuş qaydada Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən icazə əsasında həyata keçirilir".
Bu arada qeyd edək ki, sözügedən ölkələrə hava yolu xətti ilə səfər etmək mükündür.
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












