Gürcüstanda banka basqın edən silahlı şəxs insanları girov götürüb - VİDEO

Gürcüstanın Kvareli şəhərində naməlum şəxs “Bank of Georgia”nın filialına basqın edib.
Qeyd olunur ki, basqını həyata keçirən şəxs silahlıdır. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
“Hazırda hadisə yerinə səfərbər edilmiş hüquq-mühafizə orqanlarının əməkdaşları bütün zəruri tədbirləri həyata keçirir, istintaq və əməliyyat tədbirləri davam etdirilir”, - Gürcüstan Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunur.
Gürcüstan mətbuatı yazır ki, banka basqın edən şəxs bir neçə nəfəri girov götürüb.
“Rustavi 2” televiziya kanalının məlumatına görə, silahlı şəxs 15 nəfəri girov götürüb və onları azad etmək qarşılığında yarım milyon lari məbləğində pul tələb edib.
Son məlumalara görə, aparılan danışıqlar nəticəsində girovların hamısı azad olunub. Hazırda cinayətkar binada təkdir və ona təslim olması barədə xəbərdarlıq edilib.///oxu.az
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












