Gürcüstanda COVID-19-un qarşısını almaq üçün 1 həftəlik tətil başladı

Bu gündən mayın 12-dək Gürcüstanda bir həftəlik tətil başlayır.
Avtosfer.az xəbər verir ki, hökumətin müvafiq qərarı ölkədə koronavirusun yayılmasının qarşısının alınması üzrə qabaqlayıcı tədbirlər çərçivəsində ötən ayın əvvəli qəbul edilib.
Tətildən sonra ilk iş günü mayın 13-ü olacaq, belə ki, mayın 12-də Gürcüstanda Müqəddəs Apostol Andrey Pervozvannının xatirə günü qeyd olunur. Həmin gün rəsmi qeyri-iş günüdür.
Qeyri-iş günlərində ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım, əczaçılıq, sosial xidmət, qida məhsullarının istehsalı üzrə müəssisələr fəaliyyət göstərəcəklər. Avtomobil, dəmir yolu və hava yolu ilə yük və sərnişin daşınmaları davam etdiriləcək, poçt, kuryer və digər önəmli xidmət sahələri üçün də adi iş günü olacaq.
Qonşu ölkədə artıq ötən gündən ictimai nəqliyyatın hərəkəti mayın 12-dək dayandırılıb, şəhərlərarası sərnişin avtobusları və mini avtobuslar isə fəaliyyət göstərir. Yerli vaxtla saat 21:00-dan 05:00-dək tətbiq olunan komendant saatı qüvvədə saxlanılır.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












