Hacıqabul sakinin üzərindən metamfetamin aşkar edilərək götürülüb - FOTO

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin müəyyən edilməsi və onların məsuliyyətə cəlb edilməsi ilə bağlı əməliyyatlar keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı Hacıqabul rayon sakini Elçin Cəbrayılov saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.
Dindirilmə zamanı E.Cəbrayılov narkotik maddəni Ağaqulu adlı şəxsdən aldığını bildirib. Keçirilən tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş Ağaqulu Ağamalıyev də saxlanılaraq istintaqa təqdim olunub.
Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri Hafiz Haqverdiyev və Yaşar Rüstəmov saxlanılıblar. Həmin səxslərin üzərinə keçirilən baxış zamanı onlardan da metamfetamin aşkarlanıb.
Faktlarla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.

Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












