Hacıqabul sakinlərində narkotik aşkarlandı - FOTO

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı Hacıqabul rayon sakini Rövşən Bağırov saxlanılıb.
Onun yaşadığı evə keçirilən baxış zamanı oradan sellofan bükümlərdə olan narkotik maddə heroin və marixuana, eləcə də həyətyanı sahədən 4 ədəd xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə kolu aşkar edilərək götürülüb.
Dindirilmə zamanı R.Bagirov evindən aşkarlanan narkotik maddə heroini tanışı Həsən adlı şəxsdən aldığını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə rayon sakini, əvvəllər məhkum olunmuş Həsən Axundov da saxlanılaraq istintaqa təqdim olunub.
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbirləri zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri Hüseyn Osmanov və Bəxtiyar Mikayılov saxlanılıblar. Onların üzərinə keçirilən baxış zamanı isə hər birindən narkotik maddə - heroin aşkarlanıb.
Faktlarla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












