Hacıqabul sakinlərindən metamfetamin aşkar edilərək götürülüb - FOTO

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin müəyyən edilməsi və onların məsuliyyətə edilməsi ilə bağlı əməliyyatlar keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı Hacıqabul rayon sakini Xalid İbrahimov saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.
Dindirilmə zamanı X.İbrahimov narkotik maddəni Həmid adlı şəxsdən aldığını bildirib. Keçirilən tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş Həmid Cəfərov da saxlanılaraq istintaqa təqdim olunub.
Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri Aslan Rzayev və Rauf Şahbazov saxlanılıblar. Həmin səxslərin üzərinə keçirilən baxış zamanı onlardan da metamfetamin aşkarlanıb.
Faktlarla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.

Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












