Hakerlər 600 milyon dollar dəyərində kriptovalyuta oğurlayıblar

Hakerlər Poly Network adlı kriptoplatformanı hack edərək ümumilikdə 600 milyon dəyərində kriptovalyuta oğurlayıblar. Bu, kriptovalyuta tarixinin ən böyük vəsait oğurluğu adını əldə edib. Qeyd etmək lazımdır ki, sözügedən kriptoplatforma bir neçə növ blokchain-in işini kombinasiya etməyə imkan verir və o, istifadəçilər arasında çox məşhurdur. Poly Network baş vermiş hadisəni artıq öz Twitter heabında təsdiqləyib və kriptovalyutaları oğurlamış hackerlər üçün açıq məktub paylaşıb. Məlumata əsasən hackerlər tərəfindən oğurlanmış kriptovalyutalar arasında bitcoin, ethereum və Polygon şəbəkəsinin tokenləri olub. Kriptoplatformanın təmsilçiləri sözügedən məktubda hackerləri öz planlarından vaz keçməyə və platforma ilə əlaqə yaratmağa çağırıblar.
“Əziz hacker! Biz Poly Network komandasıyıq. Biz səninlə əlaqə yaratmaq istəyirik və səni oğurlanmış aktivləri qaytarmağa çağırırıq. Sən tərəfdən oğurlanmış vəsaitin miqdarı kriptovalyutalar tarixində oğurlanmış ən böyüyüdür. İstənilən dövlətin hüquq-mühafizə orqanı bunu böyük iqtisadi cinayət kimi qəbul edəcək və nəticədə sən izlənmə altına alınacaqsan. Sən tərəfdən ola biləcək hər hansı tranzaksiya məntiqsiz olardı. Sənin oğurladığın pullar kriptovalyuta cəmiyyətinə daxil olan şəxslərə məxsusdur. Ortaq qərarın verilməsi üçün sən bizimlə əlaqə saxlamalısan” - deyə məktubda qeyd edilib. Hackerlər vəsaitləri oğurlayandan sonra onları müxtəlif kriptovalyuta portmanatlarına göndəriblər. Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən SlowMist şirkətinin məlumatlarına əsasən 600 milyon dollar vəsait 3 ünvana göndərilib. Poly Network bütün kriptovalyuta birjalarını hackerlərin ünvanlarından göndərilən tokenləri bloklamağa çağırıb.///technote
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO











