"Hava nəqliyyatına tələbat 2 dəfə artacaq"

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) "Global Air Transport Outlook" hesabatına əsasən, 2040-cı ilə qədər hava nəqliyyatına tələbat 2 dəfə və yaxud ildə orta hesabla 3,4 % artacaq.
Avtosfer.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün Bakıda keçirilən Ümumdünya Aeronaviqasiya Sammitində bildirib.
"Müxtəlif regionlarda münaqişələrin və siyasi qeyri-sabitliyin qəfil artması hava hərəkətinin təhlükəsizliyində və koordinasiyasında da qeyri-sabitlik yaradır. Bundan əlavə, sənayenin 2050-ci ilə qədər sıfır emissiyaya nail olmaq öhdəliyi əlavə bir məsuliyyət yaradır. Bu amillərin yaratdığı əhəmiyyətli təzyiqləri nəzərə alaraq, dünya hava nəqliyyatının 90 %-nə nəzarət edən CANSO üzvləri davamlı, təhlükəsiz qlobal hava səyahətinin gələcəyi üçün təməl olan kollektiv təcrübə, birgə əməkdaşlıq səylərindən istifadə etməlidirlər", - deyə o qeyd edib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












