Havadan çəkilən zəfər yolu - Füzuli Beynəlxalq Aeroportu - FOTO

Bir il öncə ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinin ən şanlı səhifəsini yazdı. Otuz ilə yaxın müddətdə xalqımız üçün əlçatmaz olan arzu reallığa çevrildi. Qarabağ torpaqları gərgin döyüşlərdən sonra azad olundu. Prezident İlham Əliyevin rəhbərliyi altında həmin ərazilərdə çox böyük işlər görülməyə başlandı. Ən böyük quruculuq işlərindən biri Qarabağa hava qapısı olan Füzulidə yeni, beynəlxalq standartlara cavab verən aeroportun inşası oldu.

Qeyd edək ki, bu il yanvarın 14-də Prezident İlham Əliyev Füzuli hava limanının təməlini qoyub.
Çox qısa müddətdə hava limanı inşa olundu və sentyabrın 5-də Füzuli Beynəlxalq Hava Limanına ilk sınaq uçuşu reallaşdı. AZAL-ın "Qarabağ" adlı ən böyük sərnişin təyyarəsinin ilk sərnişinləri media nümayəndələri oldular. Çox qürur duyuram ki, mən də bu media nümayəndələrinin arasında oldum və belə bir tarixi səfər sevincini yaşadım.
"Qarabağ" sərnişin təyyarəsinin gənc pilotu Fərid Pənahov da xoş bir həyəcan keçirdiyini vurğuladı:
"Doğrudan da, beynəlxalq standartlara tam cavab verən bu hava limanının inşa edilməsi böyük uğurdur, tarixi hadisədir".

Bu liman ölkə iqtisadiyyatının, daxili və xarici turizmin inkişafında böyük rol oynayacaq. Hava limanının fəaliyyətə başlaması, həmçinin insanların işlə təmin olunması deməkdir. "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Eldar Hacıyev bildirir ki, təxminən sentyabrın axırına qədər limanın tam istismarı mümkün olacaq.

Beləliklə Qarabağda bərpa işləri sürətlə davam edir. Hava limanının tikintisindən sonra ətrafda mənfur düşmənlərimiz tərəfindən daşı-daş üstündə qoyulmayan, vəhşicəsinə dağıdılan digər obyektlər, evlər də bərpa olunacaq.
Düşmənlərimiz bilsin ki, hər şeyə qadir olan Azərbaycan xalqı həmin ərazilərdə əvvəlkindən də gözəl, möhtəşəm evlər inşa edəcək. Bəli, bir il bundan əvvəl bu ərazilər düşmən işğalı altında idi. İndi isə biz Qarabağı yenidən qururuq. Bu günümüz üçün qəhrəmanlarımıza borcluyuq. Bugünkü sevinci bizə yaşadan igid Azərbaycan oğullarına eşq olsun!!!
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












